Ozan Canın komandası inamlı qələbə qazandı

03:30 Bizimkilər 39
Ozan Canın komandası inamlı qələbə qazandı

Türkiyə 1-ci Liqasında 14-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü olmuş Ozan Can Kökçünün çıxış etdiyi "Vanspor" doğma meydanda "Sivasspor"u qəbul edib.

Qarşılaşma Van təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can Kökçü matça start heyətində başlayıb və görüşün 84-cü dəqiqəsində əvəzlənib.

Bu qələbədən sonra xallarının sayını 16-ya çatdıran "Vanspor" turnir cədvəlinin 12-ci pilləsində** qərarlaşıb.

"Vanspor" - "Sivasspor" 3:1
Qollar:
Kadir Seven, 14, Mehmed Manis, 59, Alvaro de Oliveira, 81 - Rey Manaj, 85

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə