Millimizin sabiq müdafiəçisi xarici klubla yolları ayırdı

21:15 Bizimkilər 241
Millimizin sabiq müdafiəçisi xarici klubla yolları ayırdı

Azərbaycan millisinin sabiq üzvü Turan Manafov Cənubi Afrika Respublikasının “Stellenboş” klubu ilə yollarını ayırıb.

2028-ci ilin yayına qədər Afrika təmsilçisi ilə müqaviləsi olan müdafiəçi mövsümün əvvəlində hərbi xidmətlə bağlı yaranan problemlər səbəbindən ölkəni tərk edə bilməmişdi.

Bu səbəbdən “Stellenboş” rəhbərliyi futbolçu ilə müqaviləni birtərəfli qaydada xitam vermişdi.

Bundan sonra Manafovun meneceri hüquqşünaslar vasitəsilə klubdan şikayət edib və məhkəmə prosesində qalib gəlib.

Nəticədə Cənubi Afrika klubu futbolçuya müqavilənin qarşıdakı bir ili üçün nəzərdə tutulan əməkhaqqı məbləğində təzminat ödəməli olub.

Tərəflər arasında yaranan mübahisə bu şəkildə həllini tapıb və Turan Manafov “Stellenboş”la yollarını ayırıb.

Qeyd edək ki, Manafov 2025-ci ilin sentyabrında “Stellenboş”a keçmişdi.

O, ötən mövsümün ikinci yarısını icarə əsasında "Qəbələ"də çıxış edib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:40 Biri belə, biri elə