Rüfət meydana çıxdı, komandası 2 qolla qalib gəldi

07:30 Bizimkilər 33
Rüfət meydana çıxdı, komandası 2 qolla qalib gəldi

İsrail Premyer Liqasında 10-cu turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Rüfət Abdullazadənin formasını geyindiyi "Kiryat Şimona" öz meydanında "Hapoel Hayfa"nı qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Rüfət Abdullazadə görüşün 58-ci dəqiqəsində meydana daxil olub.

Bu qələbədən sonra xallarının sayını 7-yə çatdıran "Kiryat Şimona" turnir cədvəlinin 11-ci pilləsinə yüksəlib.

"Kiryat Şimona" - "Hapoel Hayfa" 2:0
Qollar:
Şay Ben David, 69, Bilal Şahin, 90+3

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə