Fransada çempion olan 12 yaşlı azərbaycanlı qız - FOTOLAR

26 May 2023 02:30 Bizimkilər 654
Fransada çempion olan 12 yaşlı azərbaycanlı qız - FOTOLAR

Əslən Azərbaycandan olan fransalı gimnast Leyli Monbarbyu “ASB Bezye” klubunun heyətində bədii gimnastika üzrə Fransa çempionatının qalibi olub.

Sportinfo.az xəbər verir ki, 12 yaşlı idmançı Burq-en-Bresdə keçirilən birincilikdə bu uğura nail olub.

2011-ci ildə Parisdə anadan olan Leyli əslən Şuşadan olan sənət xadimi Təranə Allahverdiyevanın qızıdır. Valideynləri ona üç ad qoyublar:

Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına ehtiram əlaməti olaraq Leyli, laçınlı nənəsinin şərəfinə Luoiza və anasının doğma şəhərinə sevgi əlaməti olaraq Şuşa. Leylinin atası isə fransızdır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!