DTX: “İran kəşfiyyatına qarşı kəsərli tədbirlər görülür”

24 Noyabr 13:50 Bizimkilər 153
DTX: “İran kəşfiyyatına qarşı kəsərli tədbirlər görülür”

“İran xüsusi xidmət orqanlarının Azərbaycana qarşı aktiv şəkildə həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinə qarşı kəsərli tədbirlər görülür”.

Bunu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəsinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski “Vətən müharibəsinin təcrübələri” mövzusunda konfransdakı çıxışı zamanı deyib.

O vurğulayıb ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə hərbi texnikaların daşınması, orada müxtəlif təxribat xarakterli tədbirlərin keçirilməsinə şərait yaradılması da xüsusilə diqqət çəkir.

“Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində görülən işlərə Ermənistandakı revanşist qüvvələrin hər vəchlə maneçilik törətməyə çalışması, bu ölkənin silahlanmaya və ordu quruculuğuna öz imkanlarından artıq maliyyə vəsaiti ayırması, müxtəlif xarici dövlətlərdən müasir silahlar və hərbi təyinatlı avadanlıqlar almağa cəhdlər göstərməsi, sülh müqaviləsinin imzalanmasını bütün mümkün vasitələrdən istifadə etməklə yubatmağa meyl etməsi narahatlıq doğuran məqamlardır”, - deyə general həmçinin çıxışnda qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 03:00 "Sabah"la bacarmadılar