«Səbail»in sabiq baş məşqçisi Aftandil Hacıyev yeni ildən Qazaxıstanda çalışa bilər.
Bu barədə Sportinfo.az-a gənc çalışdırıcının yaxınları məlumat verib.
Bildirilib ki, onun meneceri adıçəkilən ölkənin 3 klubu ilə danışıqlar aparır. Onların hər üçü yüksək liqa təmsilçisidir.
Mayda Bayıl komandasından ayrılmış Hacıyev gələn ay Qazaxıstana yollanacaq və müqavilə şərtlərini müzakirə edəcək. Razılaşma əldə olunarsa, o, 1+1 illik kontrakta imza atacaq.

