Ukraynada gedən müharibədə daha 3 azərbaycanlı həlak olub.
Ukrayna Milli Qvardiyasının azərbaycanlı polkovnik leytenantı
Rüstəmov Samir Atəşli oğlu ölkənin şərq istiqamətində döyüşlərdə həlak olub.
Bundan başqa, Ukraynanın Xerson vilayətinin hələ ki işğal altında olan kəndlərinin birində əslən Azərbaycanın Zərdab rayonundan olan 2 gənc qardaş faciəli şəkildə həlak olub.
Ölən gənclərin yaxınları ərazinin hələlik Rusiyanın işğalı altında olduğu üçün onların adlarının çəkilməsini istəməyib.

