Yığmamızın futbolçusunu icarəyə götürmək istəyir - Bu ölkənin klubu

21 Noyabr 2022 01:50 Bizimkilər 883
Yığmamızın futbolçusunu icarəyə götürmək istəyir - Bu ölkənin klubu

21 yaşlılardan ibarət yığmamızın üzvü Emil Mustafayev "Lvov"a keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, "Aleksandriya"ya məxsus futbolçu mövsüm sonuna qədər Ukrayna Premyer Liqasında yarışan digər kluba icarəyə verilə bilər.

Müqavilə ilə məxsus olduğu klubda oynamaq şansı qazanmayan Mustafayevin ən azından altı ay “Lvov”da oynamaq variantı ortaya çıxıb.

Adıçəkilən klub Emil üçün "Aleksandriya"ya müraciət edib.

Amma hələ ki, klublar arasında konkret razılıq əldə edilməyib, danışıqlar davam edir.

Mustafayevin "Aleksandriya"ya keçəcəyi, yoxsa "Lvov"da qalacağı qış "transfer pəncərəsi" zamanı dəqiqləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti