"Mənə ümumiyyətlə təklif gəlməyib" - Tanınmış efir adamları niyə kənarda qalıb?

18 Noyabr 2022 20:40 Bizimkilər 1 104
"Mənə ümumiyyətlə təklif gəlməyib" - Tanınmış efir adamları niyə kənarda qalıb?

Qətərdə təşkil olunacaq 2022-ci ilin dünya çempionatının startına saatlar qalıb.

Mundialın oyunlarını ölkəmizdə İTV ekranlara daşıyacaq ki, artıq şərhçilərin adı da məlumdur.

DÇ-2022-nin ən həyəcanlı dəqiqələrini azərbaycanlı futbolsevərlərə səkkiz şərhçi çatdıracaq.

Adlar məlumdur: Pərviz Musayev, Ramiz Mirzəzadə, Ramil Cahangirov, Gündüz Abbaszadə, Elnur Məmmədli, Tural Dadaşov, Ürfan Məmmədli və Əhməd Əliyev.

Şərhçilərin arasında Rüstəm Əfsərli ilə İsmayıl Abdullayevin olmaması ictimaiyyət arasında geniş rezonans doğurub.

Sosial şəbəkə platformalarında bu iki adın mundialın şərhinə dəvət olunmaması müzakirələrə və tənqidlərə yol açıb. Halbuki hər ikisi Azərbaycanın futbol savadı və şərhçilik bacarığı yüksək olan əməkdaşlarından sayılır.

Məsələyə aydınlıq gətirmək üçün adları çəkilən həmkarlarımızla əlaqə saxladıq. İsmayıl bu mövzuda şərh vermək istəmədiyini deyib, fikir bildirməkdən imtina etdi.

Əfsərli isə ona dəvət gəlmədiyini açıq şəkildə bildirdi:

“Narahatlıq keçirən izləyicilər çox sağ olsun. Amma bu məsələdə heç bir səbəb yoxdur. Yeganə səbəb budur ki, mənə ümumiyyətlə təklif gəlməyib.

“CBC Sport”un bəzi əməkdaşlarını dəvət etdilər, onlar da razılıq verdi. Dediyim kimi, şərhlərdə olmamağım təklif almamağımla bağlıdır”.

Dünya çempionatı noyabrın 20-dən dekabrın 18-nə qədər olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti