AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə UEFA-nın Gənclər və Həvəskar Futbol Komitəsinin həqiqi üzvü seçilib.
Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar həmin komitənin iclasında verilib.
Cahangir Həsənzadə 2020-ci ildə AFFA-nın Texniki direktorudur. Azərbaycan yığmasının sabiq qapıçısı karyerasında "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" və "Qəbələ" kimi klubların formasını geyinib.

