Mahir Emreli: “Qürur duyuram ki…” - FOTO

14 Noyabr 2022 23:20 Bizimkilər 654
Mahir Emreli: “Qürur duyuram ki…” - FOTO

“Bu komandanın üzvü olduğum üçün qürur duyuram”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Zaqreb “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Emreli Xorvatiya çempionatının XVII turunun “Riyeka” ilə oyunundan sonra instaqram səhifəsində yazıb.

Sözügedən oyunda iki qol vuran hücumçu bunun üçün komanda yoldaşlarına borclu olduğunu deyib:

“Bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Biz çempionuq!”

“Riyeka” – “Dinamo” matçı zaqreblilərin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mahir Emreli darmadağına son iki qolu vurmaqla töhfə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti