Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:2.
Emreli bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına qol vurub.
73-cü dəqiqədə sarı vərəqə alan forvard 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu rəsmiləşdirib.
Bir oyun az keçirməsinə baxmayaraq, “Dinamo” 41 xalla şəriksiz liderdir. “Rijeka” isə 17 turdan sonra 15 xal toplayaraq səkkizinci yerdə qərarlaşıb.
SPORTİNFO.AZ
VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:
VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN:

