Mahir Emreli uzun müddət sonra qol vurdu - “Dinamo”dan VİDEO

14 Noyabr 2022 00:40 Bizimkilər 1 122
Mahir Emreli uzun müddət sonra qol vurdu - “Dinamo”dan VİDEO

Xorvatiya çempionatında 17-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Riyeka” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 7:2.

Emreli də bu görüşün iştirakçısı olub. O, 72-ci dəqiqədə meydana buraxılıb və ilk toxunuşdaca rəqib qapısına qol vurub.

73-cü dəqiqədə sarı vərəqə də alan azərbaycanlı futbolçu, 85-ci dəqiqədə daha bir qol vurmaqla dublunu da rəsmiləşdirib.

Son Xorvatiya çempionu olan “Dinamo” 17 turdan sonra 41 xalla zirvədə qərarlaşıb.

"Riyeka" - "Dinamo" (Zaqreb) - 2:7

Qollar: Misiç, 2 (0:1), Orsiç, 13 (0:2), Şpikiç, 27 (0:3), Orsiç, 44 (0:4), Luneatta, 47 (1:4), Sutalo, 56 (1:5), Emreli, 72 (1:6), 85 (1:7), Vransiç, 90+1 (2:7)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti