Almaniya 3-cü liqasında 17-ci turun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Ersgebirge” səfərdə “Borussiya-2” (Dortmund) ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan qəbələ ilə ayrılıb – 1:0.
Nazarov da matçin iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Ersgebirge” hazırda 14 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.

