Azərbaycanlı hücumçunu zədələdilər, tez də…

13 Noyabr 2022 00:40 Bizimkilər 524
Azərbaycanlı hücumçunu zədələdilər, tez də…

Almaniyanın Qərb Regional Liqasında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi “Şalke-2” doğma meydanda “Alemanniya”la qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

Rüfət də görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və ilk hissədə zədələndiyi üçün fasilədə əvəzlənib.

“Şalke-2” 16 turdan sonra 25 xalla 18 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti