Azərbaycan yığmasının futbolçusu İtaliya klubuna gedir – SON DƏQİQƏ

12 Noyabr 2022 11:40 Bizimkilər 3 422
Azərbaycan yığmasının futbolçusu İtaliya klubuna gedir – SON DƏQİQƏ

Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının üzvü Məsud Əlişanlı tezliklə legioner həyatı yaşayacaq.

Yarımmüdafiəçi yanvarda İtaliyaya yollanacaq.

Bu, «European Football Academy»nin (EFA) «Peruca» ilə imzaladığı əməkdaşlıq müqaviləsinə əsaslanır.

Ölkəmizin aparıcı uşaq futbol məktəblərindən biri sayılan EFA aylar öncə İtaliyanın məşhur klubu ilə işbirliyi qurub və bunun nəticəsində Azərbaycan təmsilçisi yayda sözügedən ölkədə olub.

EFA-nın 16 yaşlıları həmin vaxt Apennin yarımadasında təlim-məşq toplanışı keçməklə yanaşı, bir neçə yoxlama oyununda qüvvəsini sınayıb. Bu zamanın komandanın 14 futbolçusu yerli və əcnəbi skautların diqqətini özünə çəkə bilib.

Beləcə, M.Əlişanlı EFA tərəfindən İtaliyaya göndərilən ilk futbolçu olacaq.

«European Football Academy»nin gənc azərbaycanlı futbolçuların Avropa futbol akademiyalarına yerləşdirilməsi ilə bağlı apardığı işlər barədə oxucularımıza geniş məlumatlar təqdim etmişdik.

Peruca» Futbol Akademiyası ilə əldə edilmiş razılığa əsasən, 2023-cü ilin yanvar ayından etibarən EFA ilə müqaviləsi olan istedadlı yeniyetmələrin sözügedən ölkəyə göndərilməsi nəzərdə tutulur.

Müqavilənin şərtlərinə görə, onlar «Peruca» Futbol Akademiyasında futbol təlimləri ilə yanaşı, Kembric liseyində təhsillərini davam etdirəcəklər.

Bütün bunları nəzərə alaraq, EFA rəhbərliyi tərəfindən önümüzdəki il İtaliyaya göndərilməsi planlaşdırılan uşaqların yaxında onları gözləyən xarici mühitə daha hazırlıqlı olması, adaptasiya mərhələsinin tez və rahat keçirmələri üçün italyan dili üzrə dərslər təşkil edilib.

Həmçinin uşaqların İtaliyada təhsili və futbol təlimi ilə bağlı Təhsil Nazirliyi, o cümlədən, İtaliyanın ölkəmizdəki səfirliyi ilə müvafiq danışıqlar aparılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti