Azərbaycanlı məşqçi ölkə xaricində işıqdan zülmətə düşdü

13 Noyabr 2022 21:00 Bizimkilər 1 205
Azərbaycanlı məşqçi ölkə xaricində işıqdan zülmətə düşdü

Novruz Əzimovun Moldova karyerasının 2 ayı bu günlərdə tamam oldu.

"Dinamo Avto"nu çalışdıran mütəxəssis işə kifayət qədər iddialı başlamağı bacarmışdı.

O, ilk 6 turda bir qələbə qazana bilməyən, heç rəqib qapılarından bir qol keçirməyən kollektivlə ilk iki matçda 1 qələbə, 1 bərabərliyə sevinmişdi.

Bu görüşlərdə Əzimovun yetirmələri rəqib qapısından 3 top keçirmişdi. Gözləmək olardı ki, belə başlanğıcın sonu daha yaxşı olacaq.

Hər halda kollektivə daha yaxşı uyğunlaşmaqla, oyun fəlsəfəsini zamanla futbolçulara daha yaxşı aşılamaqla növbəti qələbələrə ümid etmək məntiqli idi.

Amma buna ümid bəsləmək boşunaymış. Belə ki, 62 yaşlı mütəxəssisin komandası sonrakı matçlarda startdakı uğurun davamın gətirə bilmədi.

Bunun nəticəsində ardıcıl 6 oyundu komanda məğlub olur. Bu matçlarda rəqib qapısının torunu cəmi 2 dəfə silkələyən "Dinamo" futbolçuları öz qapısından 14 top buraxıb.

- 6 xal cəza ilə mövsümə start verən klub indi 0 xalla sonuncu pillədə qərarlaşır. Ən yaxın pillədə qərarlaşan "Daçiya"nın 16 xalı var.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti