“Xəzər TV”nin efirindəki Cənubi Azərbaycanla bağlı bu çıxış gündəm oldu - VİDEO

10 Noyabr 2022 01:20 Bizimkilər 982
“Xəzər TV”nin efirindəki Cənubi Azərbaycanla bağlı bu çıxış gündəm oldu - VİDEO

Xəzər Xəbər”in aparıcısı Nigar Mahmudova maraqlı addımı ilə diqqət çəkib.

Efir başlayarkən tamaşaçıları "O taylı, bu taylı Azərbaycan, axşamınız xeyir. Artıq Cənubi Azərbaycanı da salamlayırıq. İranın xətrinə dəyməmək üçün əvvəl Cənubi Azərbaycan, cənubi azərbaycanlılar ifadələrini işlətmirdik. İranda yaşayan Azərbaycan türkləri deyirdik. Amma molla rejimi bizə qarşı o qədər təxribat etdi ki, biz də hər şeyi öz adı ilə adlandırmalıyıq” sözləri ilə salamlayıb.

Aparıcının Cənubi Azərbaycanla bağlı bu çıxışı sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olub.

Sözügedən videonu aparıcı Ulvira Qarayeva sosial şəbəkə hesabında yayımlayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti