Azərbaycan klubundan İtaliyaya gedəcək futbolçularla bağlı 2 mühüm qərar - FOTOLAR

9 Noyabr 2022 14:00 Bizimkilər 973
Azərbaycan klubundan İtaliyaya gedəcək futbolçularla bağlı 2 mühüm qərar - FOTOLAR

Ölkəmizin aparıcı uşaq futbol məktəblərindən biri sayılan European Football Academy'nin (EFA) gənc azərbaycanlı futbolçuların Avropa futbol akademiyalarına yerləşdirilməsi ilə bağlı apardığı işlər barədə oxucularımıza geniş məlumatlar təqdim etmişdik.

İtaliyanın «Peruca» Futbol Akademiyası ilə əldə edilmiş razılığa əsasən, 2023-cü ilin yanvar ayından etibarən EFA ilə müqaviləsi olan istedadlı yeniyetmələrin sözügedən ölkəyə göndərilməsi nəzərdə tutulur.

Müqavilənin şərtlərinə görə, onlar «Peruca» Futbol Akademiyasında futbol təlimləri ilə yanaşı, Kembric liseyində təhsillərini davam etdirəcəklər.

Bütün bunları nəzərə alaraq, EFA rəhbərliyi tərəfindən önümüzdəki il İtaliyaya göndərilməsi planlaşdırılan uşaqların yaxında onları gözləyən xarici mühitə daha hazırlıqlı olması, adaptasiya mərhələsinin tez və rahat keçirmələri üçün italyan dili üzrə dərslər təşkil edilib.

Həmçinin uşaqların İtaliyada təhsili və futbol təlimi ilə bağlı Təhsil Nazirliyi, o cümlədən, İtaliyanın ölkəmizdəki səfirliyi ilə müvafiq danışıqlar aparılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti