Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib.
Sportinfo.az xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan “Facebook”da yazıb:
“Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi Azərbaycan torpağı olaraq öz təsdiqini tapmışdır.
Mən öz növbəmdə idmançı və məşqçi kimliyimlə deyil, böyük Azərbaycan xalqının kiçik bir övladı kimi həm 8 noyabr şanlı qələbəmiz, həm də 9 noyabr - Bayraq Günü münasibətilə xalqımızı təbrik edirəm. “
Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir”. Bu vəsilə ilə Vətən uğrunda can alıb, can verənləri yad edib şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Yaşasın Azərbaycan!”

