Azərbaycanlı hücumçu aşağı liqada növbəti qolunu bu komandaya vurdu - VİDEO

8 Noyabr 2022 02:50 Bizimkilər 579
Azərbaycanlı hücumçu aşağı liqada növbəti qolunu bu komandaya vurdu - VİDEO

Almaniyanın Qərb Regional Liqasında 15-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq forvardı Rüfət Dadaşovun formasını geyindiyi "Şalke-2" növbəti oyununu keçirib.

Belə ki, Helzenkirhen təmsilçisi "Boholt"la qarşılaşıb.

Görüş Dadaşovun komandasının 8:2 hesablı qələbəsi ilə başa çatıb. Millimizdə çıxış etmiş forvard 6-cı dəqiqədə komandasının ilk qolunu vurub.

Bununla da, o, mövsümdə dördüncü qoluna imza atmış olub. Hazırda "Şalke-2" 24 xalla 5-ci pillədədi.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti