Mahir sonadək gözlədi, “Dinamo” darmadağın etdi - VİDEO

7 Noyabr 2022 02:10 Bizimkilər 788
Mahir sonadək gözlədi, “Dinamo” darmadağın etdi - VİDEO

Xorvatiya çempionatında 16-cı turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Şibenik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Emreli bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

Son Xorvatiya çempionu olan “Dinamo” 16 turdan sonra 38 xalla zirvədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti