Mahir "Dinamo"nun baş məşqçisinin yadına düşdü: "ÇL-də meydana çıxmamışdı, şans verdim"

5 Noyabr 2022 13:40 Bizimkilər 1 043
Mahir "Dinamo"nun baş məşqçisinin yadına düşdü: "ÇL-də meydana çıxmamışdı, şans verdim"

"Dinamo"nun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasında "Çelsi"yə qarşı keçirilən oyunu şərh edib.

Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis ÇL-də "Dinamo" forması ilə yalnız 6-cı turda meydana çıxan Mahir Emreli haqda isə belə danışıb:

"Emreli bu mövsüm Çempionlar Liqasında meydana çıxmamışdı. Ona görə də ona şans verdim, meydana buraxmaq qərarına gəldim. Baturina həm təsnifat mərhələlərdə, həm də qrupda çox oynadı".

Millimizin forvardı Londonda keçirilən matçın 70-ci dəqiqəsində meydana çıxıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti