Mahir Emreli səhvləri nişan verdi, "inanılmazdır" dedi

3 Noyabr 2022 14:20 Bizimkilər 1 167
Mahir Emreli səhvləri nişan verdi, "inanılmazdır" dedi

"Qrup oyunlarında nəyin çatışmadığını söyləmək çətindir.

Səhvlərimizi təhlil etməliyik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Dinamo"da (Zaqreb) çıxış edən Mahir Emreli İngiltərədə "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra deyib.

25 yaşlı hücumçu artıq bunun keçmişdə qaldığını bildirib: "Bunu təcrübə kimi qəbul edib, növbəti görüşləri düşünməliyik".

Emreli London təmsilçisi ilə görüşün çətin keçdiyini söyləyib:

"Matça yaxşı başlamışdıq. Amma rəqibimiz böyük komandadır. Bunu başa düşürük. Bəzi məqamlarda konsentrasiyanı itirdik və qol buraxdıq.

Onlar ikinci hissəyə yaxşı start vermişdilər. Bizim də qol şanlarımız oldu, amma yararlana bilmədik. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm".

Forvard Zaqreb təmsilçisinin azarkeşləri haqqında da danışıb:

"Daha əvvəl bir çox komandaya qarşı çıxış etmişəm, özüm də iki klubun formasını geyinmişəm. Amma "Dinamo" fanatları inanılmazdır.

Onlar nəticədən asılı olmayaraq, sonadək yanımızdadırlar. Dəstəklərini hər zaman hiss edirik.

"Çelsi" ilə görüşdən sonra azarkeşlərə təşəkkürümüzü bildirmək üçün stadionda qaldıq. Tərəfdarlar üçün də asan səfər deyil. Bir daha onlara təşəkkür edirəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti