“İşğaldan azad edilmiş ərazilərdə 350 yeni iş yeri yaradılacaq”

3 Noyabr 2022 13:30 Bizimkilər 754
“İşğaldan azad edilmiş ərazilərdə 350 yeni iş yeri yaradılacaq”

“İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, hazırda bu layihəyə baxılır: “Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb.

Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara sahib olan mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır.

Yaxın vaxtlarda işğaldan azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yeri yaradılacaq. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrünü əhatə edən strateji dövrə daxil olub”.

O vurğulayıb ki, milli iqtisadiyyat maliyyə dayanıqlılığını daha da gücləndirmək istiqamətində yeni hədəflər gerçəkləşdirmək əzmindədir: “2022-2026-ci illər sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiq edilməsi üçün təməl şərtlər işə salınacaq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti