Futzal üzrə Azərbaycan millisinin qolkiperi Rövşən Hüseynli üçün Qazaxıstan karyerasının uğurlu start götürdüyünü deyə bilərik.
Belə ki, qolkiperin yeni klubu “Atırau” onun gəlişindən sonra qələbələri sıralamaqdadır.
31 yaşlı oyunçu ötən ay bu kluba transfer olunub. Qapıçımız arxada qalan təxminən 1 ayda meydana çıxdığı ilk iki oyunda da qələbəyə sevinib.
Onun qarşılaşmalardakı möhtəşəm seyvləri tribunalarda oturanlara əyləncəli anlar yaşadıb.
Tərəfdarlar isə qarşılığında həmyerlimizi dəfələrlə gurultulu alqışa qonaq ediblər..
Həmin anları özündə əks etdirən görüntüləri sizə təqdim edirik:
XANOĞLAN / SPORTİNFO.AZ

