Ağayev ÇL-də 4 dəfə əlini cibinə atdı – TARİXİ HADİSƏ

3 Noyabr 2022 02:10 Bizimkilər 1 196
Ağayev ÇL-də 4 dəfə əlini cibinə atdı – TARİXİ HADİSƏ

FIFA referisi Əliyar Ağayev ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinin oyununu edib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və "Borussiya" (Dortmund) arasında keçirilən VI tur matçında ədaləti qoruyub.

Ağayev 1:1 hesblı heç-heçə ilə başa çatan görüşdə 4 dəfə əlini cibinə atıb. O, meydan sahiblərindən Denis Vavro və Lukas Leragerə, qonaqlardan isə Antonio Modesto ilə Emre Cana sarı vərəqə göstərib.

Qollara gəlincə, hesabı 23-cü dəqiqədə Dortmunda təmsilçisindən Torqan Azar açıb. Haukon-Arnar Haraldsson isə 41-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu oyunda Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmrəli laynsmanlar qismində yardımçı olub. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti