Bu gün Çempionlar Liqasında (ÇL) qrup mərhələsinə yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" (Zaqreb) İngiltərədə 1/8 finala vəsiqəni daha əvvəl təmin etmiş "Çelsi"nin qonağı olacaq.
Qrupdan çıxmaq şanslarını itirən Zaqreb təmsilçisi Avropa Liqasının pley-offuna düşmək üçün mütləq səfərdə qələbə qazanmalı, eyni zamanda, "Zaltsburq"un "Milan"a uduzmasını gözləməlidir.
Mahir “Çelsi” ilə matç üçün İngiltərəyə yollanıb. Zaqreb klubu Londona dünən gedib və heyətdə yığmamızın üzvü də yer alıb. Onun bu gün oynayıb-oynamayacağı hələ bilinmir.

