"Mətbəximiz çox zəngindir. Plov, dolma və kabab olduqca dadlıdır.
Fanatlara Azərbaycan kompotunu içməyi məsləhət görərdim".
Sportinfo.az xəbər verir ki, bunu Almaniyada yaşayan Murad Şirinov adlı azərbaycanlı "Frayburq"un Bakıda "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının sonuncu - VI tur oyunundan öncə Bundesliqa təmsilçisinin rəsmi telekanalına müsahibəsində deyib.
Əslən Qarabağdan olan və 1,5 ildir Frayburqda yaşayan Şirinov Azərbaycan paytaxtının
"Küləklər şəhəri" kimi tanındığını bildirib: "Orada əsasən insani münasibətlər var. Azarkeşlər şəhərin gözəlliyindən və təmizliyindən heyrətə gələcəklər".
O, "Frayburq" fanatlarına Qız Qalası, İçəri şəhər və alman kilsəsini ziyarət etməyi məsləhət görüb:
"Azərbaycanlılar kifayət qədər müasir və tolerant xalqdır. Amma eyni zamanda milli və mədəni dəyərlərimizi qorumağa çalışırıq".
Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.

