Məmmədov 2 təyinat aldı

2 Noyabr 2022 02:30 Bizimkilər 697
Məmmədov 2 təyinat aldı

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov iki beynəlxalq turnirə təyinat alıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1 - 6 noyabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil ediləcək “Emirates Intercontinental Beach Soccer Cup 2022”nin oyunlarını idarə edəcək.

Bundan əlavə, Məmmədov 9 - 12 noyabrda Səudiyyə Ərəbistanının Neom şəhərində keçiriləcək “Neom Beach Soccer Cup 2022”nin görüşlərində də iş başında olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti