SOS! "Mahir Emreli itib" - "Sportske novosti" yazır ki…

1 Noyabr 2022 10:40 Bizimkilər 1 177
SOS! "Mahir Emreli itib" - "Sportske novosti" yazır ki…

Xorvatiya mətbuatında ölkə çempionatının 15-ci turunun "Osiyek" – "Dinamo" matçı müzakirə edilərkən paytaxt klubunun azərbaycanlı forvardı Mahir Emreliyə diqqət yetirilib.

Sportinfo.az "Sportske novosti"yə istinadən xəbər verir ki, xorvatiyalı həmkarlarımız nadir hallarda meydana çıxan "Dinamo"nun futbolçularını müzakirə edərkən Emrelinin oynamamasına rəğmən, hələ tükənmədiyini vurğulayıb:

"Mahir Emreli tamamilə gözdən itib. Ancaq o, niyə də özünə gəlməsin, qayıtmasın? Azərbaycanlı forvard qətiyyən tükənməyib, ona görə də performans baxımından narahat olacaq bir şey yoxdu".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti