Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Ayaz Quliyevin formasını geyindiyi "Ximki" növbəti görüşünə çıxıb.
Azərbaycanlı hücumçunun komandası "Dinamo"(Moskva) ilə oyunda 1:6 uduzub.
Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. “Ximki” 15 turdan sonra 9 xalla 15-ci pillədədi.

