"Hapoel" və "Austriya" azərbaycanlılara tapşırıldı

31 Oktyabr 2022 13:40 Bizimkilər 922
"Hapoel" və "Austriya" azərbaycanlılara tapşırıldı

Azərbaycanın FIFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hakim İsraildə "Hapoel" (Ber-Şeva) və "Austriya" (Vyana) arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin VI tur oyununu idarə edəcək.

Ona Elşad Abdullayev və Pərvin Talıbov laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

Noyabrın 3-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti