Azərbaycanın FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb.
Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, 35 yaşlı hakim Danimarkada "Kopenhagen" və "Borussiya" (Dortmund) arasında keçiriləcək VI tur matçını idarə edəcək.
Noyabrın 2-də "Parken" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

