“Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2020-ci il oktyabrın 27-28-də Bərdədə törədilmiş terrorla bağlı paylaşımında bildirilib.
“İki il əvvəl, 27-28 oktyabrda Ermənistan atəşkəs rejimini pozaraq Bərdəni kasetli raketlərlə atəşə tutdu. 2020-ci ilin müharibəsində ən çox mülki əhalinin öldüyü bu hücum zamanı iki yaşlı qız olmaqla, 27 nəfər ölüb, 70-dən çox şəxs yaralanıb. Ermənistanın hərbi cinayətlərinin cəzasızlığına son qoyulmalıdır”, - deyə bildirilib.

