Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Dinamo" (Zaqreb) Xorvatiya çempionatında 15-ci tur oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda turun mərkəzi matçında səfərdə "Osiyek"lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Dinamo"nun 2022/2023 mövsümündə ölkə çempionatında ilk məğlubiyyəti olub.
M.Emreli oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 71-ci dəqiqədə meydana daxil olub.
"Dinamo" hazırda 35 xalla (14 oyun) 1-ci, "Hayduk" 30 xalla (14 oyun) 2-ci, "Osiyek" 27 xalla (15 oyun) 3-cüdür.
"Osiyek" - "Dinamo" (Zaqreb) - 1:0
Qol: Mierez, 85

