Müflis olan futbolçu-biznesmen: "AFFA mənə söz verib ki…" - VİDEO

20 Noyabr 2020 11:20 Azərbaycan Futbolu 1 141
Müflis olan futbolçu-biznesmen: "AFFA mənə söz verib ki…" - VİDEO

Fazil Pərvərov ölkə çempionatının bombardiri, 3 qat Azərbaycan çempionudur.

"Kəpəz" - "Avtomobilçi" qarşılaşmasında 7 qol vurub, bir oyunda ən çox fərqlənməyi bacaran iki futbolçudan biridir.

80 qolla "Kəpəz"in ən məhsuıdar futbolçusudur. Futbolu atandan sonra biznesə girişsə də, 2015-ci ildə ölkədəki devalvasiya çoxları kimi onu da "yıxdı".

İndi futboldan uzaq düşüb, lakin ürəyi hələ də sevdiyi peşəsi ilə döyünür.

Sportinfo.az xəbər verir ki, o, "ARB-Aran"da yayımlanan "Bəhruzla pressinq" verilişində həmkarımız Bəhruz Musayevin qonağı olub.

Gəncəli keçmiş hücumçuyenidən futbol ailəsinə dönmək istədiyini, AFFA-nın ona iş söz verdiyini bildirib.

Xəbər Lenti