Azərbaycanda qalmış ingilis mütəxəssis: "Təyyarə gözləyirəm"

1 İyul 2020 21:00 Azərbaycan Futbolu 747
Azərbaycanda qalmış ingilis mütəxəssis: "Təyyarə gözləyirəm"

“Hələlik ölkəmə uça bilmirəm”.

Sportinfo.az xəbər verir ki, bunu oxu.az-a ingilis mütəxəssis Filip Şarples bildirib.

Azərbaycanda stadionların qazonlarının abadlaşdırılmasında böyük xidməti olan britaniyalının sözlərinə görə, vətəninə uçan növbəti təyyarənin nə vaxt olacağını bilmir:

“İlk uçuş üçün yerlər əvvəlcədən tutulmuşdu. Ona görə də növbəti təyyarəni gözləyirəm. Hələlik bunun nə vaxt olacağı bilinmir”.

Azərbaycandakı işləri ilə vidalaşan Filip Şarples saytımıza ilk açıqlamasında iyunun ortalarında Böyük Britaniyaya uçacağını bildirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti