"Yalandır! AFFA-nın verdiyi yardımdan imtina etməmişəm"

1 Aprel 2020 18:38 Azərbaycan Futbolu 716
"Yalandır! AFFA-nın verdiyi yardımdan imtina etməmişəm"

"Koronavirusla tək mən mübarizə aparmıram. Dünyanın 190 ölkəsi gözə görünməz rəqiblə vuruşur".

Bu sözləri Sportinfo.az-a açıqlamasında AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov deyib.

Futbol veteranı koronavirusla bağlı AFFA-nın 65 yaşdan yuxarı veteranlara payladığı ərzaqdan imtina etməsi xəbərini isə təkzib edib: "Kim deyir ki, imtina etmişəm? Yalandır.

AFFA-dan Orxan zəng edib, evdə olub-olmadığmı dəqiqləşdirdi. Sonra dedi ki, sizə gələcəyik. Dedim, xoş gələcəksiz.

Bundan təxminən 2-3 saat sonra Orxan özü və 4-5 nəfər könüllü ilə bizə gəldilər. Müəyyən ərzaq payı da almışdılar, onu verib getdilər".

Xəbər Lenti