Azərbaycanlı futbolçuya yeni QADAĞA TƏTBİQ ETDİLƏR

26 Fevral 2020 17:38 Azərbaycan Futbolu 943
Azərbaycanlı futbolçuya yeni QADAĞA TƏTBİQ ETDİLƏR

Millimizin sabiq üzvü Elvin Yunuszadə Bosniya və Herseqovinanın “Çelik” klubunda rəsmi oyuna çıxa bilmir.

Sportinfo.az xəbər verir ki, buna səbəb müdafiəçinin hələlik Bosniya və Herseqovinada qeydiyyata alınmamasıdır.

Futbolçunun çempionatın sonuncu turunda yeni komadasında debüt edə bilməməsinin səbəbi də budur.

Elvinlə bərabər komandaya qış fasiləsində qoşulan digər oyunçular da eyni səbəbdən "Çelik"ə kömək edə bilməyiblər. Hətta komandanın baş məşqçi Ümit Ozat sözügedən problemə görə 20-ci turda “Zrinski” ilə görüşü tribunadan izləyib.

“Çelik”in idman direktoru Murat Daldiç yerli mətbuata açıqlamasında növbəti tura qədər bu problemin aradan qalxacağına ümid etdiyini deyib.

Xəbər Lenti