
Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv edilməsi barədə qərar növbəti mövsümdən qüvvəyə minəcək.
Hazırda legioner limiti 7+4 formasındadırsa, yeni sezondan klublar start heyətində istədiyi sayda əcnəbiyə meydan verə biləcək.
Görəsən, bu addım futbolumuza nə verə bilər?
Mövzu ətrafında Sportinfo.az-a açıqlama verən milli komandamızın sabiq üzvü, futbol funksioneri Nadir Nəbiyev aşağıdakı fikirləri səsləndirdib:
"Legioner limitinin ləğv edilməsi bütün klublara sərf edə bilər. O baxımdan ki, imkanlı klublar əcnəbiləri heyətinə qata biləcək, büdcəsi aşağı olanlar da iddialı klublarda yer ala bilməyən yerlilərə qapı açacaq.
Bu gün ən böyük problem yerli futbolçu qıtlığıdır. Çox az sayda gənc, perespektivli futbolçunun adını çəkə bilərik.
Birinci Liqanın səviyyəsi müəyyən qədər qalxa bilər. Premyer Liqada heyətə düşməyənlər aşağı liqaya gedəcək.
Çox istərdim ki, fikrimdə yanılım. Amma inanmıram ki, limitin ləğv edilməsi ilə futbolumuzda böyük ölçüdə inkişaf olsun. Olsa da çox cuzi dəyişiklik ola bilər".
XANOĞLAN