"Qarabağ" uduzdu, Azərbaycan 27-ci yerdə qaldı

29 Noyabr 2024 13:20 Azərbaycan Futbolu 667
"Qarabağ" uduzdu, Azərbaycan 27-ci yerdə qaldı

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

Sportinfo.az xəbər verir ki, ötən gün Avropa Liqasının Liqa mərhələsinin V turunda "Lion"a (Fransa) 1:4 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına fayda verə bilməyib.

Buna baxmayaraq, Azərbaycan 19.625 əmsalla 27-ci yerdə qalıb. Reytinq cədvəlində 26-cı pillədə Rumıniya (20.375) qərarlaşıb.

55 ölkənin yer aldığı siyahıya İngiltərə (97.035) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq