Bölgə klubundan məşqçisi ilə bağlı ağır qərara SAKİT REAKSİYA

27 Noyabr 2022 19:40 Azərbaycan Futbolu 514
Bölgə klubundan məşqçisi ilə bağlı ağır qərara SAKİT REAKSİYA

AFFA İntizam Komitəsi "Şamaxı"nın məşqçisi Cavid Hüseynovu 6 oyunluq cəzalandırıb.

Buna onun Azərbaycan kubokunun 1/8 finalında "Turan Tovuz"a 0:1 hesabı ilə uduzduqları matç başa çatdıqdan sonra etdiyi hərəkətlər səbəb olub.

Hüseynov birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimin qərarına kəskin etiraz edərək ona əl-qol atıb.

Şamaxı təmsilçisi bunun üçün 6 min manat məbləğində cərimələnib.

Düşünmək olardı ki, bölgə klubu ağır cəzadan qurtulmaq üçün apellyasiya şikayəti verəcək.

Hər halda daha əvvəl "Sumqayıt"ın baş məşqçisi Samir Abasovla bağlı İK-nın çıxardığı 5 oyunluq cəza klubun apellyasiya şikayətindən sonra sonuncu iclasda yüngülləşdirilərək 5 matçdan 3-ü şərti cəza kimi əvəzlənmişdi.

Mövsüm ərzində buna oxşar başqa misallar da çəkmək olar.

Maraqlıdır, belə nümunələrə rəğmən klub rəhbərliyi Hüseynovla bağlı apellyasiya şikayəti verməyi düşünmür.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti