AFFA-nın inkişaf strategiyası ilə əlaqədar toplantı

10 Avqust 2024 02:20 Azərbaycan Futbolu 2 015
AFFA-nın inkişaf strategiyası ilə əlaqədar toplantı

"AFFA-nın inkişaf strategiyası ilə əlaqədar bir sıra görüşlər keçirilib".

Sportinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni strategiya ilə bağlı AFFA-nın Departamentləri, AFFA-nın birbaşa üzvləri Peşəkar Futbol Liqası, Regional Futbol Federasiyası, İctimai Futbol Təşkilatları və Sahə Futbol Federasiyası, həmin qurumların üzvləri olan Premyer Liqa, I və II Liqada çıxış edən klublar, Futbolun İnkişafı Fondu, Sponsorlar və partnyorlar, həmçinin futbol ictimaiyyətindən təkliflərin göndərilməsi xahiş olunmuşdu.

Alınan təkliflərin müzakirəsi məqsədilə cari həftə ərzində AFFA-nın Departament rəhbərləri, Peşəkar Futbol Liqası və Regional Futbol Federasiyasının nümayəndələri ilə görüşlər təşkil olunub.

Bu gün isə mətbuat nümayəndələri ilə görüş keçirilib, strategiya ilə bağlı onların təklif və fikirləri dinlənilib və müvafiq qeydlər aparılıb.

Yazılı və şifahi formada qəbul olunmuş bütün təklif və rəylər qeydə alınaraq, AFFA və onun partnyor şirkətləri olan Double Pass və McKinsey & Partners tərəfindən yaxın günlərdə təhlil olunacaq və məqsəduyğun olan təkliflər strategiyanın ilkin versiyasına daxil ediləcək.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR