Yaxşı ki, “Qarabağ” var!

08:30 Azarkeş 134
Yaxşı ki, “Qarabağ” var!

Premyer Liqanın 2025-26 mövsümündə tamaşaçı antirekordu qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, 9-cu turda keçirilən 6 oyunu ümumilikdə 3200 azarkeş izləyib.

Buna qədər ən az tamaşaçı sayı 7-ci turda reallaşmışdı. Həmin vaxt tribunalara 4550 nəfər toplaşmışdı. 9-cu turdakı heç bir görüşə 1000 azarkeş toplaşmayıb.

Ən böyük maraq “Qarabağ” – “Şamaxı” qarşılaşmasına olub ki, onda da “Azersun Arena”da cəmi 850 azarkeş komandaları dəstəkləyib.

Bu mövsüm Premyer Liqada baş tutan 53 oyunda ümumilikdə 54 min 646 tamaşaçı olub. Yəni orta hesabla hər matça 1031 nəfər gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi