“Qarabağ”ın bazarı - 5, 10 və 30 manatlıq biletlər tam tükəndi

26 Sentyabr 2025 11:20 Azarkeş 1 201
“Qarabağ”ın bazarı - 5, 10 və 30 manatlıq biletlər tam tükəndi

Bakıda "Qarabağ" və "Kopenhagen" arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyunu üçün nəzərdə tutulan biletlərin əksəriyyəti satılıb.

Sportinfo.az xəbər verir ki, 5, 10 və 30 manatlıq biletlər tam tükənib.

Standart qiymətlər 5, 10, 30, 40, 50, 75 manat, VIP sektorlar üçün 150, 200, 250, VVIP sektorlar üçün 500 manatdır.

Bilet satışı bu gün, saat 15:00-da start götürüb.

"Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 18:10 Çək və bizə göndər!