Ölkədə olmayan futbolun qalxan qiyməti...

26 Avqust 20:40 Azarkeş 222
Ölkədə olmayan futbolun qalxan qiyməti...

Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan millisi Ukraynanı qonaq edəcək.

Oyununun biletləri də satışa çıxarılıb.

Ən ucuz bilet 5 manat təyin olunub.

Məncə, bahadır.

Milli son illər çox uğursuz nəticələr göstərir.

Əbəs deyil ki, əvvəlki illərlə müqayisədə yığmanın oyunlarına gələn azarkeş sayı kəskin azalıb.

Geri qaytarmaq mütləqdir.

Buna isə biletin qiymətini bahalaşdırmaqdan başlamaq uğursuz yanaşmadır.

İşə meydandan başlamaq gərəkdir.

Nəticələri yaxşılaşdırmaq, oyunu yaxşılaşdırmaq lazımdır.

Davamında tamaşaçılar da stadionların yolunu tutacaq.

Onda ən ucuz bileti 5 yox, 10 manat etsən belə təhlükəli deyil.

Məsələn, "Qarabağ" kimi.

Ağdam klubunun avrokuboklarda oyunlarına biletlərin ən ucuz qiyməti uzun müddət 1 manat oldu.

Tədricən qiymət qalxdı.

Bu gün ən ucuz qiymət 5 manatdır.

Amma buna rəğmən görüşlərdə tribunlar dolu olur.

Hətta rəqibin "Şkendiya", "Şelburn" kimi sıradan adlar olmasından asılı olmayaraq.

Bir sözlə, öncə oynanılan oyunun səviyyəsini qaldırmaq lazımdır, biletin qiymətini yox.

Təəssüf ki, bu gün AFFA kimi bəzi Premyer Liqa klubları da bu cür uğursuz yanaşmanın ardınca gedir.

XANOĞLAN İMANOV

Xəbər Lenti
26 Avqust 18:10 Çək və bizə göndər!
26 Avqust 08:30 Federasiyada yeni təyinat