Bir azdan “Tofiq Bəhramov”da boş yer tapılmayacaq?

12 Avqust 19:20 Azarkeş 221
Bir azdan “Tofiq Bəhramov”da boş yer tapılmayacaq?

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”la “Şkendiya” (Şimali Makedoniya) arasında keçiriləcək cavab matçına bilet satışı davam edir.

Sportinfo.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün günortaya olan məlumata əsasən, artıq oyuna 25000 bilet satılıb.

Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır. Bu biletləri əldə edən azarkeşlər VIP Lounge üstünlüklərindən yararlana biləcəklər.

Satış məntəqələri

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

"Qarabağ” səfərdəki ilk görüşdə 1:0 hesablı qələbə qazanıb. Cavab oyun bu gün Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 21:30 Çək və bizə göndər!
12 Avqust 18:00 Çapan Qarabağ atları
12 Avqust 08:30 Gedənlərin sayı 13 oldu
12 Avqust 04:50 Yeni baş katib təyinatı