
“Qarabağ” Çempionlar Liqasında növbəti oyuna hazırlaşır.
Ötən həftə Şimali Makedoniyada son çempion “Şkendiya”nı məğlub edən “köhlən atlar” cavab qarşılaşmasına çıxacaq.
İlk oyunda məğlub olan rəqib komanda növbəti zərbəni azarkeşlərindən alıb.
Makedoniyalı fanatlar Bakıya səfər edib, “Şkendiya”nı dəstəkləməyi lazım bilməyib. Qarşı tərəfdən “Qarabağ”dan azarkeşlərlə bağlı yer istənilməməsi bu cür düşünməyə əsas verir.
Bu, o deməkdir ki, oyun vaxtı stadionda yalnız “Qarabağ”sevərlər yer alacaq.
Avqustun 5-də “National Arena Todor Proeski” stadionunda keçirilən görüşdə ağdamlılar 1:0 hesabı ilə qalib gəlmişdi.
Avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək cavab görüşünün start fiti saat 20:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ