İşdir, Premyer Liqada "Neftçi" və "Qarabağ" varsa... FOTO

03:40 Azarkeş 182
İşdir, Premyer Liqada "Neftçi" və "Qarabağ" varsa... FOTO

Premyer Liqada 2024/25 mövsümünün ən çox azarkeş toplayan oyunları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, ilk sırada 23-cü turun "Neftçi" - "Qarabağ" oyunu qərarlaşıb.

Bu matçı 9355 azarkeş stadiondan izləyib.

Ağdam təmsilçisinin evdə Bakı klubu arasında keçirilən 31-ci tu matçı cədvəlin 2-ci pilləsində yer alıb - 7200 azarkeş.

Maraqlıdır ki, 3-cü pilləni də bu komandaların oyunu tutub. "Neftçi Arena"dakı 15-ci turun görüşünə 7069 azarkeş toplanıb.

"Qarabağ"ın "Sumqayıt"la 9-cu tur qarşılaşması 4-cü (7000 azarkeş) olub.

"Turan Tovuz"un Qurban Qurbanovun komandasını qəbul etdiyi 28-ci tur oyunu isə 5-liyi tamamlayıb - 6500 azarkeş.

Digər Xəbərlər
Xəbər Lenti